Modern.az

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq - İlham Əliyev

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq - İlham Əliyev

Aktual

26 Aprel 2024, 15:08

2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir.

 

Modern.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

 

Azərbaycanın Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışdığını vurğulayan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək