Modern.az

Bu il valyuta hərraclarında 2.4 mlrd. dollar satılıb

Bu il valyuta hərraclarında 2.4 mlrd. dollar satılıb

İqtisadiyyat

30 Aprel 2024, 12:24

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 30 valyuta hərracında 2 milyard 409,4 milyon ABŞ dolları satılıb.

 

Modern.az AMB-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə çoxdur. Belə ki, ötən ilin yanvar-aprel aylarında keçirilən valyuta hərraclarında banklara 1 milyard 56 milyon ABŞ dolları satılıb.

 

Cari ilin aprel ayında keçirilən 8 valyuta hərracında isə valyuta satışının məbləği 623.4 milyon dollar təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ