Modern.az

Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahı açılıb

Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının mərkəzi qərargahı açılıb

Təhsil

6 İyul 2010, 13:47

Bu gün Bakıda "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin mərkəzi qərargahı açılıb. Prezident İlham Əliyev də açılışında iştirak edib.(AzərTAc)
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsmiş, binada yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binanın birinci mərtəbəsində Heydər Əliyevin büstü qoyulub.
Prezident İlham Əliyev binanın iş otaqlarında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, otaqların hamısı informasiya və kommunikasiya texnologiyaları, mebel və inventarla tam təchiz edilib. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş konfrans zalı və digər müşavirə otaqları da var. Dövlət başçısı tədbirdə çıxış edib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək