Modern.az

Eldar Quliyev: “Yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq”

Eldar Quliyev: “Yeni qanun layihəsi bu həftə müzakirəyə çıxarılacaq”

Dünya

13 Oktyabr 2014, 12:15

“Kənd təsərrüfatının inkişafı üçün nəzərdə tutulan “ Kooperasiya haqqında” qanun layihəsində sahibkarların hüquqlarının qorunması və qanun tərəfindən tənzimlənməsi məsələləri əks olunacaq”.
Bunu Modern.az-a Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq yeni layihədən danışarkən parlamentin Aqrar məsələlər komitəsinin sədr müavini, "Azərittifaq"-ın prezidenti Eldar Quliyev deyib.

E. Quliyevin sözlərinə görə, aqrar sahədə sahibkarlıqla bağlı məsələlərdə boşluqlar mövcuddur.
“Qanun layihəsi bilavasitə aqrar sahə ilə məşğul olan kənd əhalisinin öz hüquqlarını bilmələri üçün vacibdir. Layihədə sahibkarların miras hüququnun qorunması, müəyyən imtiyazların verilməsi də əksini tapıb. O artıq ilk oxunuşdan keçib. Layihənin büdcəsi yaxın vaxtlarda hazırlanacaq və bu həftə Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılacaq”.



Məltəm TALIBZADƏ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir