Modern.az

Zahid Oruc: “Xocalı soyqırımı qurbanları üçün ayrılan müavinətlər artırılmalıdır”

Zahid Oruc: “Xocalı soyqırımı qurbanları üçün ayrılan müavinətlər artırılmalıdır”

Təhsil

20 Noyabr 2014, 16:46



“Dünyada müxtəlif ölkələr öz sosial öhdəliklərini ixtisar etdiyi halda, Azərbaycanda bu baş vermir. Sosial məsələlərlə bağlı Baltikyanı ölkələrdə hər sahədən, hətta qəbiristanlıqlardan maliyyə əldə etmək istəyirlər”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib. O, Xocalı soyqırımı qurbanları üçün ayrılan müavinətlərin artırılmasını da tələb edib. Deputatın fikrincə, onlara münasibət nisbətən fərqli olmalıdır.
Zahid Oruc Qarabağ əlillərinin cəmiyyətə inteqrasiyası, onların mənzil problemlərinə də toxunub. Onun sözlərinə görə, Qarabağ əlillərinin sayı dəqiq müəyyənləşməlidir: “Onlar təbii ki, həssas təbəqədir. Qarabağ əlilləri ilə bağlı çox işlər görülüb, amma mənzil, cəmiyyətə inteqrasiya problemləri hələ də qalır. Onlar üçün yeni iş yerlərinin açılması istiqamətində də iş görülməlidir”.

Qarabağ veteranları ilə bağı problemlərə də toxunan Zahid Oruc deyib ki, bu qədər veteran varsa, Azərbaycanın müharibəni niyə uduzması haqda düşünmək lazımdır: “Bildiyimə görə ölkədə 90 min veteran var. O vaxt belə təklif səsləndi ki, onların hansının əsl veteran olması müəyyənləşsin. Amma dövlət həmin insanlara güzəştə getdi”.

Aqşin KƏRİMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək