Modern.az

TQDK-dan kolleclərə qəbul olunanlara güzəşt

TQDK-dan kolleclərə qəbul olunanlara güzəşt

Təhsil

30 Avqust 2010, 15:25

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2 sentyabr 2010-cu il saat 18:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu