Modern.az

Bəşər Əsəddən ABŞ üçün yaşıl işıq

Bəşər Əsəddən ABŞ üçün yaşıl işıq

Dünya

27 Mart 2015, 11:30

Suriya ABŞ-la birbaşa dialoqa hazırdır. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd belə açıqlama ilə çıxış edib.

“Prinsip etibarilə biz deyə bilərik ki, Suriyada istənilən dialoq pozitvdir. Biz ABŞ-da daxil olmaqla, hamı ilə dialoqa açığıq”,-deyə Suriya prezidenti qeyd edib.

Bəşər Əsəd  onu da bildirib ki, dialoq yalnız qarşılıqlı hörmət və Suriyanın müstəqilliyinə təzyiqin yoxluğu şərti ilə aparıla bilər.

Qeyd edək ki, bir müddət öncə ABŞ dövlət katibi Con Kerri Vaşinqtonun Suriya hakimiyyəti ilə müzakirələrə başlamaq məcburiyyətində olduğunu bəyan etmişdi. Lakin bundan sonra Bəşər Əsəd verdiyi açıqlamaların birində bu təklifi rədd etmişdi. “Suriyanın gələcəyi ilə bağlı ancaq xalq daışa bilər. Hələ də açıqlamalar eşidirik. Amma qərara verməzdən öncə bir tədbir görməliyik. Qərarı da bundan sonra verməliyik”,-deyə o söyləmişdi.

İndi isə Bəşər Əsədin əvvəlki bəyanatından fərqli bir açıqlama ilə çıxış etməsi diqqət cəlb etməyə bilməz.

Aqşin Kərimov 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək