Modern.az

Moskvada erməninin pəncərədən atdığı qız öldü

Moskvada erməninin pəncərədən atdığı qız öldü

13 İyul 2015, 13:56


Bir müddət əvvəl Moskvada Vaqram adlı erməninin içkili vəziyyətdə mənzilin pəncərəsindən atdığı 16 yaşlı Anastasiya R. xəstəxanada ölüb.

Modern.az-ın Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, anası ilə birgə yaşadığı binanın 7-ci mərtəbəsindən atılandan sonra ağır vəziyyətdə Moskva şəhər xəstəxanalarından birinə yerləşdirilən yeniyetmənin həyatını həkimlər xilas edə bilməyiblər.

Bu hadisəyə görə saxlanılan erməni barəsində buna qədər iki aylıq həbs qətimkan tədbiri seçilib.

Hadisə iyulun 6-da baş verib. Erməni yaşadığı evdə 16 yaşlı qızla mübahisədən sonra onu 7-ci mərtəbədəki mənzilin pəncərəsindən atıb.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir