Modern.az

Berluskoni Krıma gəldi, Putinlə görüşəcək

Berluskoni Krıma gəldi, Putinlə görüşəcək

11 Sentyabr 2015, 16:39



İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Krıma səfər edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qeyri-rəsmi xarakter daşıyan səfər zamanı Berluskoni Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Krım rəhbərliyi keçmiş naziri təntənəli mərasimlə qarşılayacaqlarını bildirib. 

Vladimir Putinlə çoxillik dostluq əlaqələri saxlayan Silvio Berluskoni bundan əvvəl Rusiya prezidentinin  ona nazir postu təklif etdiyini də söyləşmişdi.

İtaliyalı siyasətçinin Krıma səfər etməsi ilə bağlı Ukrayna tərəfinin sərt reaksiya verəcəyi gözlənilir.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok