Modern.az

Alimlər insanı cinayətə sövq edən geni tapdılar - KƏŞF

Alimlər insanı cinayətə sövq edən geni tapdılar - KƏŞF

Mədəni̇yyət

13 Yanvar 2016, 13:55

Alimlər insan DNT-də xüsusi varinasiyaya malik yeni MAOA geni aşkarlayıblar.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, insanın gənc yaşda antisosial davranış göstərməsi – dava, kiçik cinayətlər, aqressiv hərəkətlər məhz bu genin fəlaiyyəti ilə bağlıdır.  

“British Journal of Psychiatry” elmi jurnalında nəşr edilən məqalədə bildirilir ki, təcrübədə uşaq vaxtı fiziki işgəncələrə məruz qalan 327 kişi iştirak edib.  

Alimlər təsdiqləyiblər ki, ağır uşaqlıq keçirən kişilər yaşları artdıqdan sonra aqressiyaya daha meylli olurlar.  

DNT-də aşkar edilən MAOA geni bu aqressiyanı 30% artırır. Sonda alimlər təcrübənin nəticələrini ümumiləşdirərək insanın davranışına gör məsuliyyəti həm genetikanı, həm də sosial mühitin bərabər daşıdığını bildirib.    

Vüqar İsmayılov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək