Modern.az

Sərnişin təyyarəsini ildırım vurdu

 Sərnişin təyyarəsini ildırım vurdu

Dünya

18 Mart 2016, 23:23

 

Şimali Karolina ştatından Nyu-Yorka uçan Embraer 170 sərnişin təyyarəsini ildırım vurub. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində həmin an 55 sərnişin və 4 ekipaj üzvü olub. La-Quardia hava limanına enməli olan təyyarə Nyu-Yorkun digər Con Kennedi limanına məcburi eniş edib.

Şahidlər deyiblər ki, ildırım vurması zamanı onlar parlaq işığı görüblər və partlayışa bənzər səs də eşidiblər. İnsident zamanı heç kim xəsarət almayıb.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?