Modern.az

“Sumqayıt və sumqayıtlılar mənim üçün doğmadır” - Hicran Hüseynovadan AÇIQLAMA

“Sumqayıt və sumqayıtlılar mənim üçün doğmadır” - Hicran Hüseynovadan AÇIQLAMA

Ölkə

7 Yanvar 2020, 12:30

“Fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatıldığım üçün məzuniyyətə çıxmışam. Bu da seçki prosesində iştirakımla bağlıdır”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, 41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olan Hicran Hüseynova deyib.

 

Komitə sədri əlavə olaraq Sumqayıtdan namizədliyinin irəli sürülməsinə də münasibət bildirib:

 

“14 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriyəm. Ölkəmizin elə bölgəsi yoxdur ki, orada görüşlər keçirtməyim. Hər bölgəmiz mənə əzizdir. Başqa cür ola da bilməz. Sumqayıt və sumqayıtlılar isə mənim üçün doğmadır. Hər bir sumqayıtlı ilə daha yaxından maraqlanmağa, onlarla işləməyə çalışacağıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok