Modern.az

Əsgərimiz özünü güllələyib

Əsgərimiz özünü güllələyib

Ölkə

12 Oktyabr 2012, 15:47

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib. Modern.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, hadisə Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Əsgər, 1984-cü il təvəllüdlü Azər Amil oğlu Həsənov xidməti silahı ilə özünü vurub. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?