Modern.az

Basketbol Federasiyasından gedən sabiq prezident Nadir Nəsibov kimdir?

Basketbol Federasiyasından gedən sabiq prezident Nadir Nəsibov kimdir?

Ölkə

14 Dekabr 2021, 12:46

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Basketbol Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçirilib.


Gənclər və İdman Nazirliyindəki tədbirdə təhsil naziri Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının yeni prezidenti seçilib. O, bu vəzifədə  Nadir Nəsibovu əvəzləyib.

 
Qeyd edək ki, Nadir Nəsibov 1999-cu ildən Azərbaycan Basketbol Federasiyasına rəhbərlik edirdi.

Nadir Nəsibov kimdir?

Modern,az-ın məlumatına görə, Nadir Nəsibov mərhum eks-prezident Heydər Əliyevin iqtidarında təmsil olunaraq yüksək post tutmuş sabiq məmurlardandır.

O, 1993-cü ildən 1999-cu ilin dekabrına kimi Dövlət Əmlak Komitəsinin sədri olub.

Nadir Nəsibov komitə sədirliyindən getdikdən sonra da Azərbaycan Basketbol Federasiyasının prezident postunda fəaliyyətini davam etdirib.

O, sonuncu dəfə 2019-cu ilin dekabrında Basketbol Federasiyasının prezidenti seçilmişdi.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi