Modern.az

Elşad Abdullayev “qulağının dibində” olan vəkildən xəbərsizdir

Elşad Abdullayev “qulağının dibində” olan vəkildən xəbərsizdir

11 Yanvar 2013, 16:23

Polis nəzarətinə götürüldükdən sonra sabiq millət vəkili Gülər Əhmədova bir-birinin ardınca mətbuata müsahibələr verir. Müsahibələrinin birində isə  “vəkillərimdən biri Elşad Abdullayevin qulağının dibindədir” deməsi hamıda müəyyən qədər maraq doğurub.

Sabiq rektor Elşad Abdullayevin vəkili Adil İsmayılov Modern.az-a açıqlamasında Gülər Əhmədovanın işlətdiyi bu ifadəyə münasibət bildirib. “Mən bunu Elşad Abdullayevdən soruşmuşam. Heç onun özü də bilmir ki, Gülər Əhmədova kimi nəzərdə tutur”.

Vəkilin sözlərinə görə, “Gülər Əhmədovanın vəkillərindən biri Elşad Abdullayevin qulağının dibindədir” deyirsə, deməli həmin adam Fransadadır”.

Gültəkin Ələsgər 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan xəbərdarlıq etdi- bütün təxribatçılar saxlanılacaq