Modern.az

İndiyədək 69 əfv, 12 amnistiya aktı qəbul edilib - Ombudsman

İndiyədək 69 əfv, 12 amnistiya aktı qəbul edilib - Ombudsman

Ölkə

8 May 2023, 13:42

İndiyə qədər 69 Əfv sərəncamı və 12 Amnistiya aktı imzalanıb.

 

Modern.az-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva Əfv sərəncamının icrası zamanı deyib.

 

"Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı imzaladığı əfv sərəncamı indiyə qədər əhatəsinə görə ən geniş əfv sərəncamıdır. Ombudsman olaraq sərəncama görə təşəkkürümü bildirirəm".

 

S.Əliyeva qeyd edib ki, Ombudsmanın vəsatəti ilə indiyə qədər 864 nəfər əfvə düşüb:

 

"Bu sərəncamda isə 59 nəfər məhkum Ombudsmanın vəsatəti ilə azadlığa buraxılır" .

 

Xatırladaq ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

 

Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.

 

Əfv edilmiş məhkumlardan 14-ü əcnəbidir. Sərəncamla onlardan 12-i cəzadan tam, 2-i isə cəzanın yarı hissəsindən azad olunmuşdur. Müvafiq hökmlərə əsasən cəzadan azad olunduqdan sonra 4 xarici məhkumun Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması nəzərdə tutulur. Digər əcnəbi məhkumlar isə milliyyətcə azərbaycanlı və ya ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı olduğundan məcburi çıxarılma onlara tətbiq edilməyəcəkdir.

 

Əfv Sərəncamının may ayının 10-dək icra olunması planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü