Aprelin 19-da ali təhsil müəssisələrinin magistraturalarına sənəd qəbulu başa çatmalı idi. Modern.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublika ali təhsil müəssisələrinin magistraturalarına sənədlərin qəbulunu 2010-cu il aprelin 12-dən 19-dək (saat 17:00-dək) aparır.
Bakalavrlar şəxsiyyət vəsiqəsindən və "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə Komissiyasının müvafiq internet səhifəsində "Bakalavrın elektron ərizəsi" formasını doldurur, daha sonra Sənəd Qəbulu Komissiyasına müraciət etməklə həmin ərizəsini təsdiq etdirirlər.
Aprelin 19-da saat 09:30-dək 12794 bakalavr elektron ərizəsini təsdiq etdirib.
Qeyd edək ki, magistraturaya birinci mərhələnin imtahanı 2010-cu il mayın 2-də keçirilicək. Sənəd vermiş bakalavrlar aprelin 29-dan mayın 1-dək özlərinə məxsus “ödəmə kartı”nın iş nömrəsi və şifrindən istifadə etməklə elektron ərizələrinə daxil olub imtahana buraxılış vərəqəsinin çap edəcəklər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası respublika ali təhsil müəssisələrinin magistraturalarına sənədlərini nəzərdə tutulmuş vaxtadək təqdim edə bilməyən bakalavrların ərizələrinin qəbulunun aprelin 20-dək (saat 17:00-dək) uzadılması barədə qərar qəbul edib.