Modern.az

8 Noyabr prospektində avtobus və velosiped zolaqları çəkilir? - Rəsmi AÇIQLAMA 

8 Noyabr prospektində avtobus və velosiped zolaqları çəkilir? - Rəsmi AÇIQLAMA 

16 Mart 2024, 16:28

8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılıb. Rəsmi məlumata görə, əsaslı təmir işlərinə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində start verilib. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır.

 

Açıqlamada deyilir ki, prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu.

 

"Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı", - qeyd olunub.

 

Təmir çərçivəsində prospektə avtomobil və velosiped zolağının çəkilib-çəkilməyəcəyi maraq doğurur.

 

Modern.az məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında qurumun mətbuat katibi Anar Nəcəfli bildirib ki, birgə kordinasiyalı işlər aparılacaq:

 

"Hələ təmir işlərinə yeni başlanılıb. Təmir işləri zamanı müxtəlif qurumlara məxsus yeraltı və yerüstü mühəndis kommunikasiya xətlərinin yerlərinin təyin edilməsi, təmiri və yerlərinin dəyişdirilməsi istiqamətində kordinasiyalı birgə işlər aparılacaq.

 

Həmçinin sonuncu mərhələdə yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilişləri və digər bu kimi işlərin aidiyyəti qurumlarla birgə razılaşdırılmış şəkildə aparılması nəzərdə tutulur. Bu barədə ətraflı ictimaiyyətə məlumatlar təqdim olunacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok