Modern.az

Yeni Baş nazirin ilk regional səfəri: Gürcüstan-Azərbayan münasibətlərində yeni dövr

Yeni Baş nazirin ilk regional səfəri: Gürcüstan-Azərbayan münasibətlərində yeni dövr

19 Mart 2024, 11:29

Gürcüstanın yeni Baş naziri İrakli Kobaxidze ötən həftə Bakıda səfərdə olub. Bu, onun Baş nazir seçilməsindən sonra ikinci səfəri idi. Kobaxidze Baş nazir kimi ilk səfərini Brüsselə edib.

 

Kobaxidze fevralın 1-də  Gürcüstanın baş naziri seçilib. 46 yaşlı siyasətçi 2016-2019-cu illər arasında Gürcüstan Parlamentinin sədri vəzifsində çalışıb. 2019-cu ildəki etirazların ilk günündə istefa verib. Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirən Kobaxidze Düsseldorf Universitetində fəlsəfə doktoru dərəcəsinə yiyələnib.

 

O, Gürcüstan universitetlərində dərs deyib və Avropa Şurasının Gürcüstandakı Ofisində strateji planlaşdırma məsələləri üzrə ekspert kimi fəaliyyət göstərib. Kobaxidze 2015-ci ilin yanvar ayında hakim Gürcü arzusu partiyasına qatılıb. O, hökumət əleyhdarlarına, müxalifətə qarşı radikal ritorikası ilə reputasiya qazanıb.

 

Kobaxidze seçildikdən sonra Qərb institutlarına inteqrasiya siyasətini davam etdirəcəyini bildirib. Əslində onun ilk səfərini Brüsselə etməsi də Gürcüstanın strateji seçimi ilə ələqəlidir. O, Brüsseldə Avropa İttifaqı və NATO rəsmiləri ilə görüşlər keçirib.

 

Gürcüstan Baş naziri Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb və vacib mesajlar səsləndirib. Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır.

 

“Bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq və mehriban qonşuluq şəraitində yaşamışlar. Bu möhkəm zəmin üzərində dövlətlərarası münasibətlər qurulmuşdur”, - deyə Azərbaycan Prezidenti bildirib.

 

Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Arzu Nağıyev bildirib ki, İrakli Kobaxidzenin ilk səfərini Azərbaycana etməsi çox mühüm addım kimi dəyərləndirilməlidir:

 

“Gürcüstan Baş naziri İrakli Kobaxidze seçildikdən sonra ilk səfərini Azərbaycana etdi.Bu Azərbaycanla Gürcüstan arasındakı strateji tərəfdaşlığın bir təcəssümüdür.Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi, parlamentlər səviyyədə qarşılıqlı münasibətlər mövuddur. Əlaqələrimiz dinamik şəkildə davam edir.Srateji tərəfdaşlarımızdan ən mühümü Gürcüstandır. Beynəlxalq səviyyəli makroiqtisadi göstəricisi olan layihələrin Gürcüstan vasitəsi ilə həyata keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident Kobaxidze ilə təkbətək, geniştərkibli görüşlərində və onun mətbuat üçün açıqlamalarında bunun bir daha şahidi olduq”.

A.Nağıyev vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı çox ciddi addımların atılması planlaşdırılır:

 

“Elmi sahədə birgə planlarımız var. Milli Məclisin müxtəlif komitələri, eləcə də dostluq qrupları səviyyəsində müvafiq memerandumlar imzalanıb. Siyasi məsələlərdə cənab Prezident İlham Əliyev də bildirdi ki, ən böyük tribunalarda bir-birimizə dəstək veririk. Gürcüstanla bağlı Azərbaycanın verdiyi açıqlamalar da məlumdur. Gürcüstanın inkişafına, tərəqqəsinə cənab Prezident tərəfindən verilən qiymət də Gürcüstan cəmiyyəti tərfindən yüksək səviyyədə qarşılanır. Bir sözlə, iqtisadi, siyasi, mədəni sahələrdə bizim əlaqələrimiz ən yüksək səviyyədədədir və münasibətlərimiz inkişaf edir. Hər hansı kənar qüvvənin bunu istəməməsinə baxmayaraq, bir yerdə olacağıq. Bununla əlaqədar tədbirlər, müəyyən planlar var. Bundan başqa regional dövlətlərin bir sıra iqtisadi layihələr həyata keçirməsində Azərbaycan və Gürcüstanın rolu danlılmazdır. Poti və Ələt limanı vasitəsilə ortaya dəhlizin inkişafı çox mühüm məsələdir. Gələcəkdə də bu inkişaf davam etdiriləcək. Təbii ki, Baş nazir və cənab Prezidentin bir-birilə münasibətlərindən də çox şey asılıdır. Hərtərəfli inkişaf var. Bu əlaqələrin inkişafı üçün müxtəlif addımlar atılacaq. 44 günlük savaşda Gürcüstan Azərbaycana mənəvi dətək  olan qonşu ölkələrdən biriydi. Hərtərəfli inkişaf və stabilliyin olması üçün hər iki ölkə əlindən gələni etməlidir”.

 

Milli Məclisin Azərbaycan-Gürcüstan Paralamentlərarası İşçi Qrupunun üzvü Naqif Həmzəyev Azərbaycanın Gürcüstanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib:

 

“Azərbaycan Respublikası 2024-cü ilə olduqca aktiv diplomatik-siyasi fəaliyyətlə başladı. Xüsusilə də mart ayı ərzində müşahidə edilən diplomatik traffik Azərbaycanın regional və qlobal proseslərdə iştirakının aktiv fazasını bir daha təsdiq edir. Bu kimi səfərlər sırasında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin səfərini xüsusilə qeyd etmək lazımdır. Çünki, Azərbaycan-Gürcüstan münasibətləri, ələlxüsus iqtisadi və enerji infrastruktur layihələri çərçivəsində həyata keçirilən və hər keçən il spektrı daha da genişlənən əməkdaşlıq münasibətləri nəinki Cənubi Qafqaz məkanını, eləcə də regionla qonşu olan digər ölkə və regionlar, xüsusilə də Avropa və Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır.

 

Azərbaycan Gürcüstanla münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Gürcüstanın da bizimlər münasibətlərə xüsusi önəm və qayğı göstərməsi  imkan verir ki, böyük layihələrə imza ataq. Bu kimi addımlar sırasında Bakı-Tblisi-Qars dəmiryolunun genişləndirilmiş formada fəaliyyətə başlamasını göstərmək olar ki, beləcə dəmiryolunun ötürmə qabiliyyəti 5 dəfə artırılaraq, 1 milyon tondan 5 milyon tona çatdırılır. Bu rəqəmin özü belə qarşılıqlı münasibətlər və dövriyyədə inkişaf və artımı göstəricilər üzərindən təsdiq edir. Eynilə, ticarət dövriyyəmizin həcmi 2023-cü il ərzində 15 % artım göstərib.

 

Azərbaycan və Gürcüstan arasında münasibətlərin səviyyəsi və layihələrin icra potensialı ona görə yüksək və məhsuldardır ki, hər iki dövlət bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyir, bunu açıq şəkildə bütün beynəlxalq platformalarda dilə gətirir. Həmçinin, iki dövlət rəsmiləri arasında qarşılıqlı səfərlər, yüksək səviyyəli və nəticəli danışıqların aparılması münasibətləri daha da inkişaf etdirməyə təkan verir.

 

Prezident cənab İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuat konfransı zamanı bildirdi ki, Gürcüstan və Azərbaycan geniş mənada Avrasiya üçün önəmli ölkələrə çevrilib. Qarabağ konfliktinin tarixə basdırılmasının ardından regional təhlükəsizlik və daimi sülh uğrunda olduqca kritik addım atıldı. Yeni reallıqlar şəraitində isə Azərbaycan Respublikası, xüsusilə də qonşu dövlətlərlə birlikdə böyük layihələrin reallaşdırılmasında maraqlıdır. Hətta, Ermənistanın da bu kimi layihələrə qoşulması regionun iqtisadi cəhətdən tənəzzül vəziyyətində olan ölkəsi, yəni Ermənistan üçün demək olar ki, yeganə çıxış yoludur. Azərbaycan-Gürcüstan münasibətləri bugün Avropanın enerji təhlükəsizliyi konteksində də müzakirə edilir. Çünki, Gürcüstanın tranzit mövqeyi vasitəsilə Azərbaycanın enerji ehtiyatları qərb bazarlarılna çıxarılır və dünya siyasətinin hazırki vəziyyəti məhz bu tələbat amilini daha da gücləndirir”.

N.Həmzəyev fikrincə, Gürcüstanın Baş nazirinin öz səlahiyyətlərinin icrasına başladıqdan qısa müddət sonra ölkəmizə səfərinin Gürcüstan-Azərbaycan münasibətlərində yeni dövrün və böyük layihələrin carçısıdır:

 

“Artıq heç kəsə sirr deyil ki, yeni dünya nizamı qlobal nəqliyyat-kommunikasiya dəhlizlərinin önəmini xüsusilə qabartmaqdadır və bu dəhlizlərdən kənarda qalma müvafiq dövlətlərin də dünya siyasətindəki mövcud çəkisinə öz təsirini göstərəck. Azərbaycan şərq ilə qərbi, şimal ilə cənubu birləşdirən dəhlizlərin üzərində yerləşir. Bizim geostrateji mövqeyimizə rəqib ola biləcək çox az dövlət var ki, onların da mövcud potensial, sabitlik və etibarlılıq amillərini nəzərə aldıqda qlobal mərkəzlər üçün Azərbaycan əvəzsiz bir region dövlətinə çevrilir.Gürcüstan qərbə inteqrasiya yolunu tutmuş bir dövlət olaraq stabil və dayanıqlı iqtisadi model axtarışındadır və bu kimi regional reallıqlar qarşılıqlı münasibətlərdə Azərbaycanın önəmini xüsusilə artırır. Əlavə olaraq, dünya cənab Prezident İlham Əliyevi öz imzasına sadiq rəhbər olaraq tanıyır və yaxşı bilirlər ki, ölkəmiz siyasi münasibətləri iqtisadi durğunluq üçün bəhanə etmir və vasitə olaraq kimlərəsə, qarşı yönəltmir. Bu kimi amillər Gürcüstan üçün də Azərbaycanın önəmini artırır və növbəti dövrdə qarşılıqlı münasibətlərimizdəki inkişaf seyri Azərbaycanın Avrasiya məkanındakı çəkisinin də xüsusi artırımına gətirib çıxaracaqdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü