Modern.az

Vağzalın qarşısında parkinq - Qiymətlər AÇIQLANDI

Vağzalın qarşısında parkinq - Qiymətlər AÇIQLANDI

Ölkə

26 Mart 2024, 17:54

Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillər üçün parkinq tarifləri müəyyənləşib.

 

Modern.az xəbər verir ki, qiymətlər parklanma müddətinə əsasən müəyyən ediləcək.

 

Parklanma qiymətləri aşağıdakı kimidir:

 

İlk 15 dəqiqə pulsuzdur.

 

15-30 dəqiqə - 1 manat,

 

30-60 dəqiqə - 2 manat,

 

1-2 saat - 4 manat,

 

2-3 saat - 6 manat,

 

3-5 saat – 10 manat,

 

5-7 saat - 14 manat,

 

7-10 saat - 18 manat,

 

10-15 saat – 22 manat,

 

15-20 saat – 26 manat,

 

20-24 saat – 30 manat.

 

Növbəti sutka üçün isə 30 manat nəzərdə tutulur.

 

Xatırladaq ki, martın 11-i Nəqliyyatı Əlaqələndirmə Şurası paytaxtın əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə qərar qəbul edib. Belə ki, martın 12-dən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!