Modern.az

Tanınmış namizədlərin seçki paradı...

Tanınmış namizədlərin seçki paradı...

16 Sentyabr 2010, 19:23

Onlar DSK-lardan imza vərəqəsi götürüb imzatoplamaya başladılar

Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərə start verdikdən sonra Dairə Seçki komissiyalarına (DSK) namizəd olmaq isətəyənlərin müraciətləri artan templə davam etməkdədir. Bu şəxslərin içində cəmiyyətə yaxşı tanış olan simalar da az deyil. Modern.az namizədliyini irəli sürmüş, lakin medianın bixəbər qaldığı bəzi tanınmış şəxlərin adını araşdırıb. Ortaya maraqlı nəticələr çıxıb.  


Modern.az “Seçkilər” İnformasiya Mərkəzinə istinadən bildirir ki, parlamentin hazırkı deputatı Aydın Həsənov yenidən 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini irəli sürüb. Deputat artıq imza vərəqələrini alıb. O seçkilərdə bittərəf olaraq qatılacaq.   

Çoxdandır sədası gəlməyən Milli Dövlətçilik Partiyasının sədri Sabir Tanrıverdiyev 42 saylı Sumqayıt ikinci seçki dairəsindən imza vərəqələri götürüb. “Vijdan-1” MMC-nin direktoru kimi qeydiyyatdan keçən Sabir Tanrıverdiyev bitərəf kimi iştirak edəcəyini göstərib.  

Vaxtilə müxalifət partiyalarını birləşdirmək missiyasını üzərinə götürən, qalmaqallı açqlamaları ilə mediada tanınan Çingiz Dəmiroğlu MSK-da Sadiq Çingiz Dəmir adı ilə qeydiyyatdan keçib. Sənəddə təqaüdçü olduğunu göstərən Çingiz bəy namizədliyini 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən irəli sürüb. O,  Azərbaycan Tərəqqi Partiyasını təmsil edir. 

Daha bir qalmaqallı hərbiçi namizəd kimi seçkilərə qatılmaq niyyətindədir. Hərbi Dənizçilik Akademiyasının keçmiş rəhbəri polkovnik Canmirzə Mirzəyev 35 saylı Xətai üçüncü seçki dairəsindən marafona qatılmaq niyyətindədir.  

Diqqətçəkən digər namizəd 35 saylı Xətai ikinci seçki dairəsindən namizədliyini vermiş Yeni Azərbaycan Partiyasının tanınmış üzvü, professor Əli Əlirzayevdir. Əli müəllim 2000-2005-ci illərdə Milli Məclisə seçkilərdə iştirak edib  və deputat olub.  2005-ci ildə YAP nədənsə cənab Əlirzayevə mandat vermədi. Uzun müddət aktiv siyasi mühitdə görsənməyən iqtisadçı professorun bu dəfə namizədliyi nədənsə Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) tərəfindən irəli sürülüb.   

30 saylı Suraxanı birinci seçki dairəsi üzrə imza vərəqəsi almış şəxslərin içində Təhmasib Novruzov da var. Mediada müxtəlif qalmaqallarda adı hallanan Novruzov “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri kimi DADB tərəfindən bitərəf olaraq seçkiyə qatılacaq. 

Daha bir millət vəkili –Adil Əliyev 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə imza vərəqəsi alıb. 



Həmin dairə üzrə tanınmış vəkil Aslan İsmayılov da qeydiyyatdan keçib və imza yığmağa başlayıb.   

9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə isə Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev işsiz kimi marafona qatılıb. Onu Klassik Xalq Cəbhəsi Partiyası dəstəkləyir. 

  8 saylı Binəqədi birinci seçki dairəsindən Qarabağ Azadlıq Tə.kilatının sədri Akif Nağı da müvəqqəti işsiz kimi seçkilərə qatılıb və imza vərəqələrini götürüb.  
Marafon davam edir....

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik