Modern.az

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Sabah Milli Məclisin yaz sessiyası başlayır

Parlament

31 Yanvar 2021, 08:04

Fevralın 1-də Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçiriləcək

 

Modern.az-ın məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

 

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

 

Milli Məclisin yaz sessiyasının ilk iclasında Hesablayıcı Komissiya və İntizam Komissiyası formalaşdırılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ