Modern.az

Əraqçi: ABŞ ilə razılaşma yaxındır

Əraqçi: ABŞ ilə razılaşma yaxındır

Dünya

12 İyun 2026, 19:44

İslamabad Anlaşma Memorandumu heç vaxt olmadığı qədər yekunlaşmağa yaxındır.

Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “X”-də bildirib.

Nazir yekun razılaşma təsdiqlənənə qədər medianı fərziyyələrdən çəkinməyə çağırıb.

Əraqçi qeyd edib ki, bütün detallar lazımi vaxtda ictimaiyyətin diqqətinə çatdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia