Modern.az

Acun Ərdoğana hədiyyə verdi - FOTO

Acun Ərdoğana hədiyyə verdi - FOTO

Dünya

Bu gün, 01:41

İngiltərənin "Hall Siti" klubunun sahibi Acun Ilıcalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Modern.az xəbər verir ki, türkiyəli iş adamı bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Dövlət başçımız Rəcəb Tayyib Ərdoğan sıx iş qrafikinə baxmayaraq, məni Prezident Sarayında qəbul etdi. Hörmətli Prezidentimizə "Hall Siti" klubu ilə İngiltərə Premyer Liqasına yüksəlmək yolunda gördüyümüz işlər barədə ətraflı məlumat vermək imkanı qazandım. Göstərdiyi diqqət və maraq məni qürurlandırdı və xoşbəxt etdi", - deyə Acun Ilıcalı bildirib.

Tanınmış media maqnatı paylaşımını bu sözlərlə tamamlayıb:

"İnşallah, Allah gələcəkdə əldə edəcəyimiz yeni uğurları da onunla bölüşmək fürsətini bizə nəsib edər".

Qeyd edək ki, İngiltərə Çempionşipində çıxış edən "Hall Siti" yeni mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ