Modern.az

Futbolçu dünya çempionatında oynamayacaq

Futbolçu dünya çempionatında oynamayacaq

İdman

13 İyun 2026, 03:45

Qana millisinin yarımmüdafiəçisi Tomas Parti 2026-cı il dünya çempionatında iştirak etmək üçün Kanadaya giriş vizası almaq cəhdində rədd cavabı ilə üzləşib.

Modern.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, 32 yaşlı futbolçu mundial çərçivəsində iyunun 18-də Panama millisinə qarşı keçiriləcək ilk oyunu buraxacaq.

Bildirilir ki, Partiyə viza verilməməsi barədə qərar Kanada hökuməti tərəfindən qəbul edilib. Kanada hökumətinin rəsmi saytında qeyd olunur ki, "əgər siz cinayət törətmisinizsə və ya buna görə məhkum olunmusunuzsa, Kanadaya girişiniz qadağan edilə bilər".

Xatırladaq ki, 2025-ci ilin iyulunda Tomas Parti London polisi tərəfindən bir neçə epizod üzrə zorlama ittihamı ilə təqsirləndirilib. Qanalı futbolçu ittihamları qəbul etməyib və hazırda məhkəmə prosesini gözləyir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?