Modern.az

Ukrayna ilə Moldova Aİ-yə üzv olur?

Ukrayna ilə Moldova Aİ-yə üzv olur?

Dünya

12 İyun 2026, 23:42

Avropa İttifaqı iyunun 15-də Ukrayna və Moldovanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsinə rəsmi şəkildə başlayacaq.

Modern.az xəbər verir ki, bununla bağlı Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen öz “X” hesabında məlumat verib.

“Bu gün Avropa İttifaqı mühüm bir addım atdı. Bütün üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterinin açılmasına razılıq verdilər”, - diplomat yazıb.

Qeyd edək ki, danışıqların başlanması həmin ölkələrin dərhal Aİ-yə qəbul olunacağı anlamına gəlmir. Üzvlük prosesi uzunmüddətli islahatlar və bütün üzv dövlətlərin yekdil razılığı tələb edən mərhələlərdən ibarətdir.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!