Modern.az

Milli komandamız finala vəsiqə qazandı 

Milli komandamız finala vəsiqə qazandı 

İdman

Bu gün, 20:45

Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının yarımfinal mərhələsində Azərbaycan və Uruqvay milli komandaları qarşılaşıb.

Modern.az xəbər verir ki, böyük maraqla izlənilən görüşdə Azərbaycan millisi yüksək oyun intizamı, əzmkar mübarizəsi və üstün performansı ilə seçilib.

Qarşılaşma boyunca oyuna nəzarəti əlində saxlayan komandamız rəqib qapısından 3 cavabsız top keçirərək Uruqvay millisi üzərində 3:0 hesablı inamlı qələbə qazanıb.

Qazanılan möhtəşəm qələbə nəticəsində Azərbaycan millisi Çövkən üzrə 2-ci dünya çempionatının final mərhələsinə vəsiqəni əldə edib.

Beləliklə, komandamız dünya çempionluğu uğrunda həlledici mübarizəyə yüksələrək Azərbaycanın idman salnaməsinə növbəti parlaq səhifə yazmışdır.

Final görüşündə milli komandamızın əsas hədəfi ölkəmizə dünya çempionluğu titulunu qazandırmaq olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ