Modern.az

Fidan Qətər və amerikalı nümayəndələrlə danışdı

Fidan Qətər və amerikalı nümayəndələrlə danışdı

Dünya

13 İyun 2026, 02:17

Türkiyənin xarici işlər naziri Hakan Fidan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani, eləcə də amerikalı nümayəndələrlə telefon danışığı həyata keçirib.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, telefon danışıqları zamanı ABŞ və İran arasında davam edən danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

"Hakan Fidan Türkiyənin danışıqlar prosesinin ən qısa zamanda nəticə verməsini və davamlı sülhün təmin olunmasını arzuladığını bildirib. O, həmçinin Ankaranın bundan sonra da diplomatik təşəbbüslərə və danışıqlar prosesinə dəstəyini davam etdirəcəyini vurğulayıb", - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr