Modern.az

Milli Məclisin xanım deputatı Kəbəni ziyarət etdi - FOTOLAR

Milli Məclisin xanım deputatı Kəbəni ziyarət etdi - FOTOLAR

Parlament

5 Mart 2024, 12:16

Milli Məclisin deputatı Jalə Əhmədova müqəddəs Kəbəni ziyarət edib.

Modern.az-ın məlumatına görə, bu haqda onun özü bildirib:
 

“Müsəlmanların qibləsi, Beytullah, Kəbə əl Müşərrəfi ziyarət etmək mənə də nəsib oldu.

 

Xeyli zaman idi ki, bu müqəddəs ziyarətə hazırlaşırdım. Lakin əvvəlcə pandemiya, ardınca İkinci Qarabağ müharibəsi, daha sonra doğmalarımın itkisi, məni bu niyyətimdən uzaq salmışdı.

 

Və nəhayət qəti qərar verdim. Torpaqlarımızın tam qaytarılması, xalqımızın sevinci fikrimi qətiləşdirdi və düşündüm ki, artıq rahat ürəklə gedib Allah evini ziyarət etməyin tam zamanıdır”.

 

Deputat Kəbədə yaşadığı hisləri sözlə ifadə etməkdə çətinlik çəkdiyini vurğulayıb:

 

“Yaşadığım o möhtəşəm hisləri sözlə istədiyim kimi ifadə edə bilməyəcəyəm. Lakin onu söyləyə bilərəm ki, xalqımızın, dövlətimizin rifahı, əmin-amanlığı və daha gözəl gələcəyi üçün bütün anaların övladlarına, şəhidlərimizin ruhuna, qazilərimizin şəfasına, hər kəsin ailəsində xoşbəxtliyin bərqərar olmasına bol-bol dua etdim.

 

Allah hər bir müsəlmana bu ziyarəti nəsib etsin. Mənimlə yol yoldaşı olan zəvvar qardaş və bacılara, Vətənə qayıdanda məni qarşılamağa gələn dostlara, duaları mənimlə olan hər kəsə dərin təşəkkürümü bildirirəm. Yaxşılıqlara, haqq-ədalətə inanan birisi olaraq arzu edirəm ki, dünyamızda hər zaman sülh və xoşbəxtlik hökm sürsün”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı