Modern.az

Beynəlxalq təşkilatdan azərbaycanlı girov haqda AÇIQLAMA  

Beynəlxalq təşkilatdan azərbaycanlı girov haqda AÇIQLAMA  

9 İyun 2016, 11:02

Ermənistan rəsmiləri 39 yaşlı Azərbaycan vətəndaşı Qətibə Ələkbərovanın sərhədi keçməsi faktı ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə komitənin Yerevan nümayəndəliyinin kommunikasiya proqramları idarəsinin rəhbəri Zara Amatuni deyib.

 

Zara Amatuninin məlumatına görə hazırda Qətibə Ələkəbərovaya yardım göstərilməsi üçün humanitar təşkilat onun saxlanıldığı yeri müəyyən etməyə və ailə üzvləri ilə əlaqə yaratmağa çalışır.

 

Qətibə Ələkbərova 7 iyunda Azərbaycan-Ermənistan sərhədini keçərək düşmən tərəfə girov düşüb.

 

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi