Modern.az

Füzulidə silah-sursat aşkarlandı 

Füzulidə silah-sursat aşkarlandı 

Qarabağ

20 Yanvar 2024, 12:55

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazilərində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 8 avtomat və 3 qumbaraatan götürülərək aidiyyəti üzrə təhvil verilib.

 

Bundan əlavə, keçirilən profilaktiki tədbirlərlə rayon sakinləri tapdıqları 1 ədəd snayper və 1 ədəd ov tüfəngini polis əməkdaşlarına təqdim ediblər.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək