Modern.az

“Əliyev və Paşinyan Putinin dəvəti barədə qərar verməlidir” - ABŞ rəsmisi

“Əliyev və Paşinyan Putinin dəvəti barədə qərar verməlidir” - ABŞ rəsmisi

Qərbi Azərbaycan

26 Oktyabr 2022, 12:28

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan liderlərini onlar üçün əlverişli olan istənilən formatda görüşməyə çağırıb.


Modern.az xəbər verir ki, Ned Prays ABŞ-da keçirdiyi brifinqdə bildirib:

“Biz hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Nəticə etibarı ilə Ermənistan və Azərbaycan liderləri Rusiya prezidenti Putinin dəvətinin davamlı sülhə nail olmaq üçün onlara faydalı olub-olmayacağına qərar verməlidirlər”.
 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Brüssel və Vaşinqtonun Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırmaq səylərinin sırf təbliğat xarakteri daşıması ilə bağlı bəyanatlarını şərh edib. Prays qeyd edib ki, Amerika tərəfi bu səyləri özünüreklam kimi xarakterizə etməyə etirazını bildirir.


“İllərdir davam edən zorakılığa və son nəticədə həm ermənilərin, həm də Azərbaycan vətəndaşlarının ölümünə səbəb olan münaqişələrə və eskalasiyaya son qoymaq istəyində özünü reklam edən heç nə yoxdur. Burada yeganə məqsədimiz bu ölkələrin hərtərəfli və davamlı sülh yolunda birgə işləməsini görmək, onlara kömək etmək və nəticədə insanların həyatını xilas etməkdir. Bilmirəm, bu, özünüreklam kimi qiymətləndirilə bilərmi”, - deyə o əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı