Modern.az

Bayram bazarlığı, yoxsa cib soyğunçuluğu? - REPORTAJ

Bayram bazarlığı, yoxsa cib soyğunçuluğu? - REPORTAJ

Reportaj

30 Dekabr 2021, 09:28

Yeni ilə cəmi iki gün qalıb. Hamı bayramı evində, ailəsi ilə birgə, zəngin süfrə ətrafında qeyd etmək istəyir. Bunun üçün isə ilk növbədə bazara gedib əməlli-başlı bazarlıq etmək lazımdır.  Amma belə bazarlığa hamının imkanı çatacaqmı?

Məsələ ondadır ki, bizdə bayramqabağı qiymətlərin kəllə-çarxa qalxması artıq ənənə halını alıb və demək olar ki, çoxlarımız buna öyrəşmişik. Bu bayram ərəfəsi də necə deyərlər, “ənənə” pozulmadı və həmişə rastlaşdığımız mənzərəni yenə müşahidə edirik.

 

Vəziyyəti oxuculara çatdırmaq üçün Modern.az saytının əməkdaşları “Yaşıl bazar”a üz tutublar.

 

Alıcıların sözlərinə görə, bazardakı məhsullar marketlərdəkindən keyfiyyətli olur. Həm də deyirlər ki, bazardakı qiymətlər digərlərinə nisbətdə daha ucuzdur.

Satıcılar isə tamam əksini, müştəriləri nəzərə alaraq qiymətləri aşağı endirdiklərini vurğulayır, alış-verişin sayının çoxalması üçün qiymətləri hər kəsin büdcəsinə uyğun etdiklərini deyirlər.

 

Əvvəllər Xaçmaz fındığı 16 manata satılırdısa, indi iki manat endirim olunub - 14 manata satılır.

Apardığımız araşdırmalar nəticəsində məhsulların qiymətinin belə müşahidə etdik:

Feyxoa     - 4-5 manat;

Üzüm        - 3-4 manat;

Naringi     - 4-5 manat ;

Banan       - 2.50 qəpik ;

Portağal     - 2 manat ;

Xiyar          - 1.70 – 2 manat ;

Pomidor     - 3-4 manat;

 

Kivi       - 2 manat təşkil edir.

Quru meyvələrdən isə kişmiş 12 manat, qaysı 13 – 14 manat, qoz 12, 15, 20 manat arasında dəyişir, şabalıd 7-8 manat, xurma 13-14 manatdır.

 

Bayram süfrəsinin ən sevilən nemətlərindən biri də təbii ki, balıq məhsullarıdır. Biz də balıq sevən xalq olduğumuz üçün bazarda da üz tutduq balıqların qiyməti ilə maraqlanmağa.

Belə ki:

Dəniz sazanlarının qiyməti 10-12 manat arası;

Göl sazanlarının qiyməti 6-8 manat arası;

Mingəçevir balıqları qiyməti 8-14 manat arası;

Farel balıqları 9-14 manat arası;

Kütüm balıqları 12-13 manat arası;

Xan balığı isə 4-6 manat arasında dəyişir.

Balıq satıcısının sözlərinə görə, bayramqabağı qiymətlərdə heç bir dəyişiklik olmayıb. 

 

Dana əti sümüklü 9.99, sümüksüz isə 13.60 -14 manat arası, qoyun əti 8 manat, quzu əti 13-14 arası, toyuq əti isə çeşidlərinə görə fərqlənir. Çolpaların qiyməti 3.50 - 4 manat, hinduşqanın kilosu isə 9-10 manat arası dəyişir.

Bayram süfrəsini plovsuz təsəvvür etmək olmur. Bazarda isə hər növ düyülərə rast gəlmək mümkündür. Çeşiddən asılı olaraq qiymətlər də dəyişir: 6 manat, 5, 3, 2.50, 2 manata qədər düyü qiymətləri ilə rastlaşmaq olur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar