Modern.az

Separatçıların keçmiş başçıları Bakıdan ailələrinə ZƏNG ETDİLƏR

Separatçıların keçmiş başçıları Bakıdan ailələrinə ZƏNG ETDİLƏR

Reportaj

13 Oktyabr 2023, 15:10

Özünü buraxdığını elan etmiş qondarma “Artsaxın müdafiə odusunun komandan müavini”, general-mayor Davit Manukyan 2 gün əvvəl ailə üzvləri ilə telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, bu məlumatı onun qardaşı, Ermənistan parlamentinin deputatı Qeqam Manukyan təsdiqləyib.

Qeyd olunub ki, “Artsax”ın Bakıda həbsdə olan “keçmiş prezidentləri” və “müdafiə naziri” Levon Mnatsakanyan da qohumları ilə telefon əlaqəsi saxlayıblar.

Hazırda Bakıda həbsdə saxlanılan Qarabağ separatçılarının “keçmiş liderləri” bir sıra ittihamlar üzrə təqsirləndirilirlər.

Onların hamısı dörd ay müddətinə həbs edilib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok