Modern.az

Yeni yaradılan Ağdərə rayonunun qəsəbə və kəndləri - SİYAHI

Yeni yaradılan Ağdərə rayonunun qəsəbə və kəndləri - SİYAHI

Reportaj

5 Mart 2024, 09:48

Dövlət Statistika Komitəsi Azərbaycan Respublikasının İnzibati Ərazi Bölgüsü Təsnifatını yenidən hazırlayıb.

Modern.az saytı xəbər verir ki, təsnifat hazırlanarkən Ağdərə rayonunun yaradılması, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi və digər son dəyişikliklər nəzərə alınıb.

5 dekabr 2023-cü il tarixində Milli Məclisdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yenidən yaradılması haqqında" qanun qəbul olunub. Qanuna əsasən, inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunan, ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölüşdürülən Ağdərə rayonu əvvəlki qaydada təşkil edilib. Yeni rayonun mərkəzinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənən Ağdərə şəhərinin olması qərara alınıb. 

27 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev Azərbaycanın Ağdərə rayonunun yaradılması haqqında  qanun imzalayıb.

Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuş və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.

1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunmuşdu.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qaytarılıb. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb.

İnzibati Ərazi Bölgüsü Təsnifatına əsasən, hazırda işğaldan azad edilmiş Ağdərə rayonunda 1 şəhər, 1 qəsəbə və 57 kənd var.

Həmin yaşayış məntəqələrinin adlarını diqqətinizə çatdırırıq:

Ağdərə şəhəri;
Şıxarx qəsəbəsi;
Ağabəyyalı k.
Aşağı Oratağ k.
Dəmirli k.           
Qasapet k.
Baş Güneypəyə k.
Canyataq k.
Gülyataq k.
Çardaqlı k.
Lüləsaz k.           
Meqrelalay k.
Çaylı k.
Suqovuşan k.             
Təpəkənd k.
Çərəktar k.
Çıldıran k.
Dəvədaşı k.          
Mehmana k.
Dovşanlı k.
Bazarkənd k.          
Hayad k.
Heyvalı k.
Yayıcı k.
Həsənqaya k.
Çiləbürt k.         
Göyarx k.          
Maralyansarov k.
Həsənriz k.
Xatınbəyli k.
İmarət Qərvənd k.
Çapar  k.            
Zardaxaç k. 
Kiçik Qarabəy k.
Kolatağ k.
Damğalı k.
Qızılqaya k.
Yuxarı Oratağ k.
Qızıloba k.
Seysulan k.               
Yarımca k.
Qozlu k.
Qozlukörpü k.
Məlikli k.
Qazançı k.
Narınclar k.
Orta Güneypəyə  k.
Sırxavənd k.
Ballıqaya k.             
Bəşirlər k.             
Qaraşlar k.
Talış k.
Ulu Qarabəy k.
Umudlu k.
Zəylik k.
Vəngli k.
Çormanlı k.          
Şahmansurlu k. 
Yeni Qaralar k.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir