Modern.az

Qazaxın işğal altındakı 7 kəndi barədə detallı MƏLUMAT

Qazaxın işğal altındakı 7 kəndi barədə detallı MƏLUMAT

Reportaj

14 Mart 2024, 12:18

Qazaxın erməni işğal altındakı 4 kəndinin geri qaytarılması yönündə ciddi addımların atıldığı müşahidə olunmaqdadır.

Rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyir.

“Delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq", - deyə rəsmi Bakı sonuncu bəyanatında vurğulayıb.

Bu bəyanat Ermənistanda ciddi ajiotaj doğurub. Qonşu ölkənin mətbuatında yazılanlardan belə aydın olur ki, erməni cəmiyyəti təşviş içindədir. Baş nazir Nikol Paşinyanın bir neçə gün öncə delimitasiya prosesinin sözügedən kəndlərin daxil edildiyi Tavuş rayonundan başlanacağını söylməsi ermənilərdə isterika yaradıb.

Qeyd edək ki, hazırda Qazax rayonunun erməni işğalı altında 7 kəndi var: Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Yuxarı Əskipara, Sofulu, Barxudarlı.
(Kərki kəndi isə Naxçıvanın Sədərək rayonuna məxsusdur).

Modern.az saytı məsələnin aktuallığını nəzərə alaraq, Qazax rayonunun işğal olunmuş kəndləri barədə detallı məlumatları diqqətə çatdırır:



A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü