Şamaxıda şagirdini zorlamaqda təqsirləndirilən müəllimlə bağlı Baş Prokurorluğa müraciət olunub.
Modern.az-ın məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanova bildirib.
Ombudsman qeyd edib ki, Şamaxının Pirbəhli kənd orta məktəbinin 9-cu sinif şagirdinin müəllimi tərəfindən zorlanması faktının araşdırılması üçün baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb:
“Hazırda araşdırmaların nəticəsini gözləyirik”.
Qeyd edək ki, Pirbəhli kənd orta məktəbinin müəllimi İbrahimov Elnur Həsənağa oğlu 9-cu sinif şagirdini zorlamaqda təqsirləndirilir.
Ağa AKİFOĞLU