Modern.az

İcra başçısı həkimlərə tapşırıq verdi

İcra başçısı həkimlərə tapşırıq verdi

Aktual

17 İyun 2016, 15:45

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində 17 iyun səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, 17 iyun tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.

 

Alı Alıyev qeyd edib ki, bu bayramı səhiyyə işçilərinə görkəmli dövlət xadimi Heydər Əliyevin 2001-ci ildə imzaladığı sərəncamla bəxş edilib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Xalq Cümhuriyyəti zamanı 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə bu gün peşə bayramı kimi qeyd olunur.  

 

Prezident  İlham Əliyevin əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, insanların sağlam həyat sürməsi, sağlam yaşaması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını bildirən Alı Alıyev rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması, imtiyazlı xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi, həkim-xəstə münasibətlərində şəfaflığın, ən əsası insana qayğının təmin olunması ilə bağlı  tapşırıqlar verib.

 

Alı Alıyev bilıdirib ki, respublikanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da müasir standartlara cavab verən Tibb Mərkəzi tikilib, müasir avadanlıqlar alınıb, burada əhaliyə bütün növ üzrə xidmətin pulsuz təşkili üçün şərait yaradılıb.

 

Tədbirdə Füzuli MRX-nın baş həkimi Natiq Şükürov və digərləri çıxış edərək respublikamızda həyata keçirilən səhiyyə-tibb islahatlarından, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğısından danışıb, rayonda əhaliyə göstərilən tibb xidmətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı