Türkiyənin Van vilayətinin Erciş mahalında jandarma məntəqəsi yaxınlığında bomba ilə dolu avtomobil partladılıb.
Anadolu agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində bir əsgər və bir kənd qoruyucusu həlak olub, 10 əsgər və 5 kənd qoruyucusu yaralanıb. Əraziyə çoxlu sayda tibbi yardım briqadası göndərilib.
Terror aktının PKK təşkilatı tərəfindən törədildiyi bildirilir.
Modern.az