Modern.az

Olland müşavirə keçirir: Terror olan şəhərə gedəcək

Olland müşavirə keçirir: Terror olan şəhərə gedəcək

Aktual

15 İyul 2016, 11:22

Fransa prezidenti Fransua Ollandın sədrliyi ilə Yelisey sarayında Müdafiə Şurasının iclası keçirilir.

 

Modern.az saytının məlumatına görə, bu haqda BFM-TV telekanalı məlumat yayıb.

 

Müşavirədə Nitsa şəhərində törədilən terror müzakirə edilir. Ollandın iclasdan sonra Nitsaya gedəcəyi, hadisə yerindəki vəziyyətlə tanış olacağı və yerli rəhbərliklə görüş keçirəcəyi bildirilir.

 

Qeyd edək ki, bu gecə Nitsa şəhərində terror aktı törədilib. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar.

 

Hadisə nəticəsində 84 nəfər ölüb, 100-dən çox insan isə yaralanıb. Yaralılardan 18-nin vəziyyəti ağırdır.

 

Aqşin Kərimov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı