Modern.az

Azərbaycandan Türkiyə ilə bağlı bəyanat

Azərbaycandan Türkiyə ilə bağlı bəyanat

Aktual

17 İyul 2016, 10:23

“Dünya Türk Gəncləri Birliyi” İctimai Birliyinin Türkiyə Respublikasında 15 iyul 2016-cı il tarixdə baş verən hərbi dövlət çevrilişinə cəhd ilə əlaqədar bəyanat yayıb.

 

Bəyanatda deyilir:

 

“Türk Dünyasının aparıcı ölkələrindən biri Türkiyə Respublikasında baş verən son hadisə hər bir Türkiyə dostunu üzdüyü kimi bizi də üzmüş və narahat edib. Heç kimə sirr deyil ki, Türkiyə daxilində gedən proseslər nəticəsində son vaxtlar cəmiyyətin müxtəlif təbəqələri arasında çaxnaşma, qarşıdurma və düşmənçilik hissləri artmış və dərinləşib. Buna baxmayaraq, ölkə rəhbərliyinin, cəmiyyətin qabaqcıl qüvvələrinin və milli iradəni təmsil edən ziyalı təbəqəsinin fəaliyyəti nəticəsində bir çox hallarda cəmiyyətin narahat edən məsələlər konstitusiya yolu ilə öz həllini tapmağa başlayıb.

 

Türkiyənin demokratiya və hüquqi quruculuq yolunda doğru addımlaması istər daxildəki, istərsə də xaricdəki bir çox mərkəzlərin xoşuna gəlməyib. Bu səbəbdən də, təkcə son bir ildə onlarla terror aktı, yüzlərlə ölənlər, minlərlə yaralananlar Türkiyənin reallığına öz damğasını vurub. Bu azmış kimi, indi də açıq və demokratik seçki yolu ilə formalaşmış parlamentin, seçki ilə vəzifəyə gəlmiş ölkə rəhbərliyinin güc və zorba ilə vəzifədən kənarlaşdırılması üçün bir qrup hərbçinin dövlət çevrilişi cəhdi haqlı olaraq xalqı hiddətləndirib və demokratiyanı qorumağa vadar edib. Belə bir vəziyyətdə Dünya Türk Gəncləri Birliyi olaraq biz Türkiyə cəmiyyəti və xalqı ilə həmrəyliyimizi bildirməyi özümüzə borc bilirik”.

 

“Hər zaman qanunun və hüququn tərəfində duran DTGB, bu gün də insanların təməl haqq və hüquqlarının qorunması üçün Türkiyədə konstitusiya rejiminə mənəvi dəstək verdiyini, Türk xalqı ilə birlik və bərabərlik cizgisində olacağını, Türkiyənin şanlı ordusunun sağlam qüvvələri ilə həmrəylik nümayiş edəcəyini BƏYAN EDİR! Bu üzüntülü hadisələr nəticəsində həyatını itirən bütün soydaşlarımız üçün Tanrıdan ruhlarına mərhəmət, doğmalarına başsağlığı, yaralanan insanlarımıza tezliklə sağlamlıqlarına qovuşmağı diləyirəm”.

 

Əkrəm Abdullayev

DTGB İB-nin sədri 16.07.2016, Bakı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı