İstanbulun Sabiha Gökçen hava limanında atışma vaş verib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Sabiha Gokçen hava limanında hərbi çevrilişdə iştirak etməkdə şübhəli bilinən şəxslərin saxlanılması üçün əməliyyat keçirilib. Bu zaman bəzi hərbçilərin təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı müqavimət göstərməsi nəticəsində hava limanında qısa müddətli qarşıdurma yaranıb. Sonda təhlükəsizlik qüvvələri 11 hərbçini həbs edib.
Qeyd edək ki, hadisə zamanı ölən ya da yaralanan olmadığı bildirilir.
Modern.az