Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coj Ernest ənənəvi brifinqində məlumat verib.
Onun sözlərinə görə, hər iki ölkənin dövlət başçıları arasında bu gün səhər olan telefon danışığında son dönəmlər Türkiyədə baş verənlər də müzakirə edilib.
Onun sözlərinə görə, liderlər ABŞ-da yaşayan Gülənin statusunu müzakirə ediblər: "Türkiyə hökuməti ABŞ hökumətinə elektron şəkildə Gülənin statusuna dair materiallar təqdim edib. Dövlət Departamenti və Ədliyyə Nazirliyi ekstradisiya haqqında sazişə uyğun olaraq bu materiallarla tanış olacaqlar".
Modern.az