Bu gün Azərbaycan prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.
Modern.az-ın xəbərinə görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Diplomat etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Modern.az