Modern.az

Lənkərandakı zəlzələ ilə bağlı rəsmi MƏLUMAT

Lənkərandakı zəlzələ ilə bağlı rəsmi MƏLUMAT

Aktual

15 Avqust 2016, 12:37

Fövqəladə Hallar Nazirliyi (FHN) səhər saatlarında Lənkəranda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb. Bilkdirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 15 avqust 2016-cı il tarixində Bakı vaxtı ilə saat 11:11-də Lənkəran rayonu ərazisində, 16 km dərinlikdə, 3,7 maqnituda gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 3,0 bala qədər hiss olunub. İlkin məlumata əsasən, insan tələfatı və tikililərdə dağıntı yoxdur.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı