Modern.az

Bəxtiyar Hacıyev polislə mübahisəyə görə saxlanıldı

Bəxtiyar Hacıyev polislə mübahisəyə görə saxlanıldı

Aktual

15 Avqust 2016, 13:47

Polis tanınmış ictimai fəal Bəxtiyar Hacıyevi saxlayıb. Modern.azxəbər verir ki, o, bu barədə özünün Facebook səhifəsində yazıb:

“Dünən mübahisə edib, söyüş söyən yol polisi ilə münaqişə yarandı, yol polisi fiziki güc tətbiq etdi, indi 27-ci Polis bölməsinə gedirik. Ya bunlar cəzalanmalıdır, ya da ölkədən getməliyəm. Başqa cür alınmır”.


B.Hacıyev hazırda 27-ci Polis bölməsindədir. O, Facebook vasitəsilə tanıdığı vəkillərdən birini müqavilə bağlamaq üçün polis bölməsinə çağırıb.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı