Peruda baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, daha 50 nəfər xəsarət alıb, 150-dək ev dağılıb.
Məlumata əsasən, təbii fəlakət zamanı iki qadın, bir uşaq və bir ABŞ turist həyatını itirib. Ölənlərin sayının artması istisna olunmur.
Qeyd edək ki, avqustun 15-ə keçən gecə Perunun cənubunda 5,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Areçipa şəhərindən 88 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Modern.az