Modern.az

Rövşən Lənkəranskini kürdlər öldürüblər

Rövşən Lənkəranskini kürdlər öldürüblər

Aktual

19 Avqust 2016, 09:42

Azərbaycanlı “qanuni oğru” Rövşən Caniyevin (Rövşən Lənkəranski) İstanbulda güllələnməsi ilə bağlı yeni bir versiya üzə çıxıb. Modern.az xarici mediaya istinadən bildirir ki, o, avqustun 17-də axşam saatlarında İstanbuldakı otellərin birində restoranda öz briqadasının iştirakçıları ilə görüşüb.

Bu görüşdə “qanuni oğru”lardan Temuri Nemsitveridze (Tsripa), Roin Uqlava (Mateviç), Dato Çuradze və başqaları olublar. Görüşdən çıxan Rövşən “Range Rover”in arxa oturacağına əyləşib. Arxadakı maşında isə onun mühafizəçiləri funksiyasını yerinə yetirən şəxslər olublar.

“Range Rover” gözlənilmədən güclü atəş altına düşüb. Atəşi ən azı 3 nəfərin açdığı bildirilir.

“Rövşənin öldürülməsinin icraçıları kürdlər olublar. Onlar artıq çoxdandır Ded Xasanın güllələnməsinin təşkilatçısı kimi Lənkəranskidən itiqam almaq istəyirdilər. Aydındır ki, bunun üçün kürdlərə “qanuni oğru”lar yaxşı pul veriblər”, - etibarlı mənbə bildirib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı