Modern.az

Daha bir güləşçimiz Olimpiadanın finalına çıxdı

Daha bir güləşçimiz Olimpiadanın finalına çıxdı

مورد توجه

21 Avqust 2016, 18:09

Avqustun 21-də “Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycan yığmasının üzvü - 97 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov medal uğrunda mübarizəyə qoşulub.

X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb. Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

O, səkkizdəbir finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdani ilə qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılaraq adını dörddəbir finala yazdırıb.

Xetaq Qazyumov dörddəbir finalda özbəkistanlı Maqomed İbrahimovu 10:3 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Azərbaycan güləşçisinin yarımfinal mərhələsində rəqibi ukraynalı Valeri Anditsev olub.  X. Qazyumov  qalib gələrək finala çıxıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı