Modern.az

Havalar kəskin pisləşəcək - XƏBƏRDARLIQ

Havalar kəskin pisləşəcək - XƏBƏRDARLIQ

Aktual

22 Sentyabr 2016, 13:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında   sentyabrın 24-dən 25-i gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, gündüz saatlarında 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-ü gündüzdən 25-dək hava şəraitinin qeyri-sabit  keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Modern.az

            

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı